Lavrov Zelenskini tənqid etdi: “Nasist cinayətkarların qalıqları qarşısında diz çökür”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini sərt ifadələrlə tənqid edib.
Bizim.Media xəbər verir ki, Rusiya XİN rəhbəri bu barədə “Nаşe Kreşşeniye. Predstoyatel” layihəsinə müsahibəsində deyib.
Lavrov Zelenskinin mövqeyini dəyişdiyini və nasist cinayətkarların qalıqları qarşısında diz çökdüyünü iddia edib:
“Ukrayna Qərbin öz sərhədlərindən kənarda dağıdıcı prosesləri stimullaşdırmaq cəhdlərinin nümunəsidir. Xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqla yanaşı, Rusiya üçün ən böyük qələbə Ukraynada “mağara rusofobiyasına” qalib gəlmək olacaq.
Qərb Ukraynada rusofob əhval-ruhiyyəni daim yüksək səviyyədə saxlamağa çalışır. Rusiya Ukraynada yaşayan rusları və rusdilli əhalini çətin vəziyyətdə qoymayacaq, onların hüquqlarını, dilini, mədəniyyətini və dinini müdafiə edəcək”.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
1 mənbə
