Rubio: ABŞ kiberhücuma məruz qalmayıb


ABŞ dövlət katibi Marko Rubio son günlər ölkədə aviasiya, bank və texnologiya şirkətlərinin fəaliyyətində yaranan fasilələrin əlaqəli olduğu və kiberhücum nəticəsində baş verdiyi iddialarını təkzib edib.
Rubio bildirib ki, baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəli olduğunu və ya hakerlərin, yaxud xarici dövlətlərin müdaxiləsi nəticəsində yarandığını göstərən heç bir sübut yoxdur.
Onun sözlərinə görə, ABŞ hökuməti vəziyyəti ciddi nəzarətdə saxlayır və ölkənin təhlükəsizliyinə yönələn mümkün təhdidlərə qarşı daim ayıqdır.
Dərc vaxtına görə
