Ruben Neveş: "Danimarka qələbəyə tam layiq idi"


Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neveş Danimarkaya 1:4 hesabı ilə uduzduqları Millətlər Liqası oyunu barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Neveş bu qarşılaşmada Portuqaliyanın zəif çıxış etdiyini bildirib:
"Biz uğursuz oyun keçirdik. Danimarka oyuna çox güclü başladı, aqressiv oynadı, biz isə rəqiblə mübarizədə geri qaldıq. Artıq bu epizodlarda uduzduq. Sonra qollar gəldi: əvvəlcə penalti ilə qol buraxdıq, fasilədən sonra isə ikinci hissəyə fəal başlamaq istəsək də, ardıcıl iki top buraxdıq. Bu, işimizi xeyli çətinləşdirdi. Danimarka bu qələbəyə tam layiq idi, biz isə mütləq inkişaf etməliyik. İndi bizi birinci yer uğrunda vacib oyun gözləyir və əsas məqsədimiz budur. Fasiləyə qədər hesabda geri idik, amma oyun kifayət qədər bərabər gedirdi. Paltardəyişmə otağında da bunu müzakirə etdik. Bilirdik ki, hesabı bərabərləşdirmək üçün kifayət qədər keyfiyyətimiz var və bu tapşırığa kökləndik. Amma nəticədə Danimarka iki hücum qurdu və iki qol vurdu, vəziyyətimizi daha da ağırlaşdırdı. Bundan əlavə, elə qollar buraxdıq ki, onları buraxmamalı idik. Üçüncü qol – mərkəzdən sərbəst zərbə sonrası oldu: rəqibə iki ötürmə kifayət etdi ki, qol vursun. Bir qolu penalti ilə, birini isə sərbəst zərbədən sonra buraxdıq. Belə epizodlar üzərində işləməliyik, səhvlərimizi qəbul etməliyik. Hamımız kifayət qədər böyüyük ki, məsuliyyəti üzərimizə götürək və növbəti oyunda vəziyyəti düzəldək".
Kriştiano Ronaldunun təltif olunmasının oyunçulara təsir edib-etməməsi ilə bağlı suala isə Neveş belə cavab verib:
"Xeyr, əlbəttə. Bu mərasim tamamilə layiqli və çox gözəl idi. Oyun nəticəsi ilə heç bir əlaqəsi yoxdur".

Lent.az+1 mənbə