Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır


18 11 2026 13:57
Rövşan Əsgərov barəsində Moskvada məhkəmə prosesi başlayır
Expressxeberler.az xəbər verir ki, Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Nə? Harada? Nə zaman?” intellektual televiziya oyununun keçmiş iştirakçısı Rövşan Əsgərov barəsində cinayət işinə qiyabi qaydada baxacaq.
Məlumata görə, Əsgərov nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətə təhrikdə və terror xarakterli digər cinayətlərdə ittiham olunur.
Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, cinayət işinin materialları artıq məhkəməyə daxil olub. Lakin hələlik ilk məhkəmə iclasının tarixi müəyyən edilməyib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler
Kateqoriya: Dünya
13 baxış
Dərc vaxtına görə
