Roten: "Messi, Ronaldu və Mbappe 15 günlük tətil elan etsə, İnfantino istefa verəcək"


Fransanın keçmiş futbolçusu Jerom Roten FİFA prezidenti Canni İnfantinoya qarşı ulduz oyunçuları birgə hərəkətə çağırıb.
Offsideplus.az xəbər verir ki, Roten futbolun gələcəyinin təhlükə altında olduğunu bildirib və Kriştiano Ronaldu, Lionel Messi, Kilian Mbappe kimi ulduzların ilk addımı atmalı olduğunu vurğulayıb.
"Futbol futbolçulara məxsusdur. Əgər ulduzlar birləşsə və hərəkətə keçsə, bütün oyunçular onların arxasınca gedəcək. İnfantino yalnız bizneslə məşğuldur və onların hesabına pul qazanır. Bu yolverilməzdir. İlk növbədə oynamağı dayandırmaq lazımdır. 15 günlük tətil elan edin və görün, İnfantino necə istefa verir!" – deyə Roten qeyd edib.
1 mənbə

Report+1 mənbə