Rəqib futbolçunun ölümünə səbəb olan qapıçının cəzası bəlli oldu


İspaniya futbol ictimaiyyəti dərin sarsıntı yaradan ağır faciə və intizam qərarı ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, "Andorra" klubunun qapıçısı Xesus Ovono "Tenerife" ilə qarşılaşmada rəqib futbolçu Xesus de Migelə qarşı etdiyi son dərəcə kobud müdaxilə və həmin epizodun futbolçunun faciəvi ölümü ilə nəticələnməsinə görə 12 oyunluq diskvalifikasiya cəzası alıb.
İntizam Komitəsi oyun zamanı qapıçının birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasına səbəb olan bu hərəkəti həddindən artıq güc tətbiqi kimi qiymətləndirərək qaydalar çərçivəsində nəzərdə tutulan ən ağır cəzanı tətbiq edib.
