Reklam lövhələrinin yerləşdirilməsi hansı qaydalarla tənzimlənməlidir? – Açıqlama


XƏBƏRLƏR SON DƏQİQƏ
18 noyabr 2026 14:58 232 baxış
Şəhərin müxtəlif ərazilərində quraşdırılan reklam lövhələri və iriölçülü konstruksiyalar güclü külək zamanı təhlükə mənbəyinə çevrilə bilər. Xüsusilə konstruksiyaların düzgün quraşdırılmaması və texniki vəziyyətinə nəzarətin zəif olması belə hadisələrin başvermə ehtimalını artırır. Bu baxımdan reklam qurğularının təhlükəsizlik standartlarına uyğunluğu məsələsi diqqət çəkir. Açıq ərazilərdə quraşdırılan reklam lövhələri hansı külək sürətinə hesablanmalıdır?
Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov Ekologiya.az-a açıqlamasında deyib ki, marketoloq reklam lövhəsini icarəyə götürən və ya ondan istifadə edən tərəfdir:
“Reklam qurğularının təhlükəsizlik qaydalarına uyğunluğu, düzgün quraşdırılması və yerləşdirilməsi isə ayrıca ekspertiza tələb edən sahədir. Bu baxımdan, Dövlət Reklam Agentliyinə (ADRA) müraciət etməyinizi tövsiyə edərdim. Agentlik reklam qurğularının yerləşdirilməsi, onların müvafiq tələblərə uyğunluğu və digər məsələlərlə bağlı daha dəqiq məlumat verə bilər. Hesab edirəm ki, bu mövzuda məhz aidiyyəti qurumun və ya müvafiq sahə üzrə mütəxəssisin mövqeyini öyrənmək daha məqsədəuyğundur. İxtisasıma aid olmayan sahə olduğu üçün bu barədə fikir bildirməyim düzgün olmaz. Reklam lövhəsi hansı auditoriya üçün nəzərdə tutulur: piyadalar, sürücülər, avtomobildəki sərnişinlər, yoxsa avtobus sərnişinləri? Lövhənin yerləşəcəyi məkan və ölçüsü də məhz bu amillər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Lakin reklam qurğularının təhlükəsizliyi və müvafiq standartlara uyğunluğu marketoloqun birbaşa səlahiyyətinə aid olan məsələ deyil. Bu sahədə müəyyən ümumi anlayışımız olsa da, daha dəqiq və əsaslandırılmış cavab vermək üçün müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislərə müraciət etmək daha doğru olar”.
Aysel Muxtar
1 mənbə
