"Real Madrid" zədələrlə mübarizədə çətinlik çəkir


Basketbol komandalarının uğur qazanmasında istedad böyük rol oynasa da, çempionluq yolunda əsas amillərdən biri zədələrdən uzaq qalmaqdır.
Offsideplus.az xəbər verir ki, "Real Madrid" Avroliqada mövsümün ilk 10 turunda bunun nə qədər həlledici olduğunu bir daha göstərir.
Fakundo Kampasso, Qabriel Dek, Usman Qaruba, Mikael Yantunen və Teo Maledonun zədələnməsi Pedro Martinesin komandasına ciddi təsir göstərib. Oyunun təşkili, müdafiə enerjisi və hücum rəngarəngliyi baxımından həlledici rol oynayan bu basketbolçuların yoxluğu komandanın taktiki sabitliyini pozur.
Basketbolda geniş heyətə malik olmaq zədələrə qarşı tam sığorta deyil. EuroLeague-dəki sıx qrafik və səfər oyunları bərpa prosesini çətinləşdirir. oxşar problemlərlə digər nəhənglər də üz-üzədir: "Olimpiakos" Jan Montero, "Anadolu Efes" Mayk Ceyms, "Barselona" isə Kevin Panterin yoxluğundan əziyyət çəkir. Bu məqamda tibbi heyətin işi məşqçilər qədər önəm kəsb edir.
Bununla belə, çempionluqlar noyabrda qazanılmır. Əsas məsələ pley-off və "Final Four" mərhələsinə tam heyətlə və sağlam çıxmaqdır. Mövsümün əvvəlindəki bu itkilər operatesional çətinlik yaratsa da, həlledici anlarda komandanın formasını bərpa etməsi kuboka gedən yolu müəyyənləşdirəcək.
