"Real Madrid" Vinisius üçün qiymət təyin edib


"Real Madrid" rəhbərliyi Vinisius üçün təklifləri dəyərləndirməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, “Real Madrid” Vinisius Junior üçün 150 milyon avrodan çox tələb edir.
Məlumata görə, “Arsenal” braziliyalı cinah hücumçusunu transfer etmək marağını yenidən gündəmə gətirib. Lakin İspaniya klubu mümkün keçidin yalnız çox böyük maliyyə təklifi qarşılığında reallaşa biləcəyini açıq şəkildə bəyan edir.
