"Real Madrid" Endriki satmaq istəmir, "Milan" və "Roma" maraqlanır


"Real Madrid"in rəhbərliyi və baş məşqçi Joze Mourinyo Endrikin komandada qalmasını istəyir.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı braziliyalı hücumçu qış transfer dönəmində daha çox oynamaq üçün klubdan ayrılmaq niyyətindədir. Lakin The Athletic-in məlumatına görə, Endrik hələ yekun qərar verməyib, növbəti ay ərzində kifayət qədər oyun vaxtı almasa, transferə israr edəcək.
Mourinyo və klub rəhbərliyi futbolçunun gələcəkdə özünü göstərəcəyinə inanır və onun ayrılmasını istəmir. Endrikə "Roma" və "Milan" maraq göstərir. Daha əvvəl mediada "Sportinq" və "Arsenal"ın da maraqlı olduğu yazılsa da, bu məlumat təsdiqlənməyib.
"Real Madrid" hücumçunu icarəyə göndərmək fikrində deyil və tam transfer baş tutarsa, futbolçunu 2024-cü ildə "Palmeyras"dan aldığı məbləğdən – 60 milyon avrodan baha qiymətə satmaq niyyətindədir.
Bu mövsüm Endrik cəmi 140 dəqiqə meydanda olub və yeddi oyunda yalnız bir dəfə – "Sevilya" ilə qarşılaşmada (4:1) start heyətində meydana çıxıb.
1 mənbə