I Liqa: Xankəndidə tarixi oyun


Bu gün futbol üzrə Azərbaycan I Liqasında VIII tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Günün ən diqqətçəkən və tarixi əhəmiyyət daşıyan oyunu Xankəndidə keçirilib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda baş tutan ilk rəsmi matçda “Xankəndi” komandası “Karvan-Yevlax”ı qəbul edib. Görüş Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində İ. Əliyev və O. Onyeka fərqləniblər.
Günün digər görüşündə “Mingəçevir” doğma meydanda “Baku Sportinq”i qəbul edib. Meydan sahibləri S. Oqunmolanın 16-cı dəqiqədə vurduğu yeganə qolla minimal hesablı qələbəyə seviniblər – 1:0.
MOİK – “Səbail” matçında isə qapılara qol vurulmayıb – 0:0. Qarşılaşmanın 75-ci dəqiqəsində qonaqların futbolçusu E. Morqan qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qeydə alınan nəticələr:
Azərbaycan I Liqası
VIII tur
19 noyabr
MOİK – “Səbail” 0:0
“Mingəçevir” – “Baku Sportinq” 1:0
Qol: S.Oqunmola, 16
“Xankəndi” – “Karvan-Yevlax” 0:2
Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77
Dərc vaxtına görə
Futbolpress.azoxuduğunuz
I Liqa: Xankəndidə tarixi oyun