Bu gün Xankəndidə oyun var


Bu gün Azərbaycan 1-ci liqasının 8-ci tura start veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olacaq. "Xankəndi" klubu doğma şəhərindəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edəcək. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk matç saat 16:00-da başlayacaq.
19 noyabr (cümə axşamı)
14:00. MOİK – “Səbail” Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov Binə qəsəbə stadionu
14:30. “Mingəçevir” – “Baku Sportinq” Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
16:00. “Xankəndi” – “Karvan-Yevlax” Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev Xankəndi şəhər stadionu
20 noyabr (cümə)
“Şahdağ Qusar” – “Gəncəbasar”
“Şimal” – “Zaqatala”
Dərc vaxtına görə
