Raysdan Yamal haqqında səmimi sözlər: "O, çox təvazökar və hörmətcil insandır"


İngiltərə millisinin və "Arsenal" klubunun ulduz yarımmüdafiəçisi Deklan Rays İspaniya yığmasının gənc istedadı Lamin Yamal haqqında təsirli açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Rays övladının Yamalın böyük pəstəkarı olduğunu və ispaniyalı futbolçunun ona qarşı göstərdiyi səmimi jestdən çox təsirləndiyini bildirib.
Futbolçu övladı ilə Lamin Yamal arasındakı maraqlı dialoqu və baş verənləri belə xatırlayır:
“Oğlum Laminin böyük azarkeşidir. Ona qarşılaşmada Yamala qarşı oynayacağımı deyəndə, o, fasiləsiz olaraq məndən niyə məhz ona qarşı çıxacağımı soruşurdu! Lamin ona qarşı həqiqətən çox mehriban davranıldı və bir ata olaraq mən bu jesti çox yüksək qiymətləndirdim. Bilirəm ki, onun da qayğısına qaldığı kiçik qardaşı var, buna görə də düşünürəm ki, bu mehribanlıq ona təbii olaraq gəlir. Bu, Laminin nə qədər hörmətcil və təvazökar olduğunu bir daha sübut edir.”
1 mənbə
