Qvardiola Səudiyyə Ərəbistanı millisindən gələn təklifi rədd etdi


“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola Səudiyyə Ərəbistanı millisinin başına keçmək təklifini rədd edib.
Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Bu ilin aprel ayından Səudiyyə Ərəbistanı millisini yunan mütəxəssis Yorqos Donis çalışdırır. Dünya çempionatında Səudiyyə Ərəbistanı komandası H qrupunda sonuncu yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Daha əvvəl ABŞ Futbol Federasiyasının da Qvardiolanı millinin baş məşqçisi vəzifəsinə dəvət etməkdə maraqlı olduğu bildirilmişdi. Bu maraq argentinalı mütəxəssis Maurisio Poçettinonun “Mançester Yunayted”ə rəhbərlik etməyə başlamasından sonra yaranıb.
Qvardiola isə ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb.
AzPost.az
Post navigation
Dərc vaxtına görə
