Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu zamanı bütün amillər nəzərə alınır


18 Noyabr 2026 11:43
494
İQTİSADİYYAT
Cari ildən etibarən bəyan prosesi zamanı əkin sahələrinin xəritələşdirilməsinin də aparılması zərurəti səbəbindən indi hər bir əkin bəyanının qəbulu əvvəlki dövrlə müqayisədə daha çox vaxt tələb edir.
Rayon mərkəzinə günün birinci yarısında əsasən ictimai nəqliyyat vasitələri ilə gələn, təxirəsalınmaz və digər vacib məsələlərlə bağlı müraciət edən, eləcə də vaxt məhdudiyyəti olan fermerlərin müraciətləri nəzərə alınır. Günün ikinci yarısı isə rayon mərkəzinə yaxınlıqda fəaliyyət göstərən fermerlər dəvət edilir. Bu yanaşma müraciətlərin düzgün və operativ təşkilinə, fermerlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə və fermer məmnunluğunun təmin olunmasına şərait yaradır.
Dekabr ayının sonunadək həftənin şənbə və bayram günləri də daxil olmaqla Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi fermer və sahibkarlara xidmət göstərəcək. Əsas məqsəd payızlıq və çoxillik əkin bəyanlarının dekabrın 30-dək EKTİS-ə tam və düzgün yerləşdirilməsini təmin etməkdir.
Mərkəzdə həmçinin sahibkarlara yeni qəbul edilmiş qanunlarla bağlı geniş məlumat verilir. Bəzi qaydalar isə çap edilərək fermerlərə paylanır.
Vaxtında və düzgün verilmiş əkin bəyanları növbəti ilin əvvəlindən əkin subsidiyalarının daha tez əldə edilməsinə, eləcə də subsidiya vəsaitlərindən təyinatına uyğun və səmərəli olunmasına şərait yaradır.
Akif ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!