Qulağımızı necə kəsirlər: Sayıb kəsirlər, yoxsa kəsib sayırlar?..


Qulağımızı necə kəsirlər: Sayıb kəsirlər, yoxsa kəsib sayırlar?.. - Dövlətin VAHİD ARŞINI yoxdur...
"Xeyli müddətdir Dövlət Vergi Xidməti və Hesablama Palatasının açıqlamalarında vergi ödəyicilərin faktiki fəalllığı ilə bağlı 2 fərqli göstəricidən istifadə edilir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Vergi orqanları "aktiv vergi ödəyiciləri" anlayışından istifadə edir. Qurumun 2025-ci il hesabatına görə, qeydiyyat olan 1,6 milyondan çox vergi ödəyicisindən 859 mini, yəni təxminən hər ikisindən biri aktiv olub.Aktivliyin hansı meyar əsasında təyin edildiyini həra hansı hüquqi sənəddə tapmaq olmur. Amma rəsmi olmayan dəqiqləşdirməyə görə, real fəaliyyəti (gəliri, istehsalı) olmasa belə, bəyyanamə təqdim etməyə (boş hesabat) davam edən bütün ödəyicilər aktiv statusunu saxlayır.Hesablama Palatası isə 2027-ci ilin dövlət büdcəsinə verdiyi rəydə "fəaliyyət göstərən vergi ödəyicilərinin sayı" göstəricisindən istifadə edib. Bu qurumun da hansı meyardan istifadə etdiyi bilinmir. Palata isə qeydiyyatda olan bütün ödəyicilərin (1,660 milyon) yalnız 12%-nin və ya 202 minin fəaliyyət göstərdiyini yazıb.Vergi xidməti əvvəlki dövrlə müqayisədə aktiv ödəyicilərin sayının artdığını, Palata isə fəaliyyətdə olan ödəyicilərin sayının azaldığını qeyd edib.Hər 2 qurum şəffaflıq üçün istifadə etdikləri göstəricinin hamsı meyarlara əsaslandığını açıqlamalıdırlar.Yeri gəlmişkən, AB də aktivlik göstəricisi açıqlayır. Amma ödəyici bu statusu qazanmaq üçün 4 tələbdən birini ödəməlidir: hesabat dövründə real dövriyyəsinin olması, invesitisiya qoyuluşu etməsi, işçi işlətməsi və onlara ödəmə etməsi və s..."
