Qrimaldo İngiltərə ilə oyunu buraxacaq


Alexandro Qrimaldo xəstəlik səbəbindən İspaniya millisinin düşərgəsini tərk edib.
Offsideplus.az xəbər verir ki, "Atletiko"nun müdafiəçisi yüksək hərarətə görə Millətlər Liqasında İngiltərə ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Oyun bu gün Madridin "Metropolitano" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
