“Qızıl Qaya” restoranı icarəçi ilə müqaviləyə xitam verdi – SƏBƏB


Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında baş vermiş kütləvi qida zəhərlənməsi şübhəsi ilə bağlı hadisədən sonra müəssisənin rəhbərliyi icarəçi ilə müqaviləyə birtərəfli qaydada xitam verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə restoranın rəhbəri tərəfindən verilən məlumatda qeyd olunub.
Restoran rəhbərliyinin ünvanladığı bildirişdə qeyd olunub ki, Dövlət Vergi Xidməti tərəfindən verilmiş 2306641042 nömrəli VÖEN əsasında fəaliyyət göstərən Samıq Yavər oğlu Abdullayev 1 mart 2026-cı il tarixində obyekti icarəyə götürüb.
Bildirişdə deyilir ki, Abdullayevin işlədiyi müddətdə “Qızıl Qaya” restoranında qida təhlükəsizliyi və yanğından mühafizə qaydaları kobud şəkildə pozulub.
Restoran rəhbərliyi bu halların müəssisənin işgüzar imicinə zərbə vurduğunu əsas gətirərək icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyini bildirib.
Natiq Şəkinski