Qış gəldi, qazanxana isə hələ də yarımçıqdır: Xətai sakinləri soyuqda qalıb - VİDEO


Ölkə ərazisində istilik mövsümünün rəsmi olaraq 15 noyabr 2026-cı il tarixindən başlamasına baxmayaraq, Bakının Xətai rayonu, Gəncə prospekti 49 ünvanının arxasında yerləşən ərazidə sakinlər hələ də istilik üzünə həsrət qalıblar.
32gun.az bildirir ki, Sosial şəbəkələrdə Nurlan Şirinov adlı vətəndaşın paylaşdığı görüntülərdən aydın olur ki, ərazidəki qazanxanada ("katelni") yenidənqurma və təmir işləri hələ də başa çatdırılmayıb, istilik boruları açıq şəkildə yerin üstündə qalıb və qaynaq işləri görülməyib. Şikayətçi bildirir ki, aylar öncə başlanan işlər yarımçıq saxlanılıb, ərazidə bir nəfər də olsun işçi yoxdur, qazılmış xəndəklər və tikinti materialları isə sakinlərin gediş-gəlişinə ciddi maneə yaradır. Mövsüm başlamasına baxmayaraq, evlərini qızdırmaq üçün alternativ üsullara əl atan vətəndaşlar qaz və işıq limitini keçmək məcburiyyətində qaldıqlarını, qurumun "956" qaynar xəttinə edilən zənglərin isə cavabsız qaldığını deyirlər. Sakinlər "Azəristiliktəchizat" ASC-yə müraciət edərək, yay ayları ərzində qazanxananın niyə tam hazır vəziyyətə gətirilmədiyini və layihənin gecikməsi səbəbindən yaranan bu problemin nə vaxt aradan qaldırılacağını soruşurlar.
Nilay
1 mənbə
