Qəza 5 kəndi qazsız qoydu
News24.azNews24.az

Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.
News24.az xəbər verir ki, bu barədə Lənkəran Regionl Qaz İstismarı İdarəsi məlumat yayıb.
Hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə