Astarada yol qəzası kəndləri qazsız qoydu


Mətn ölçüsü:
100%
Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.
Ölkə.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər
Dərc vaxtına görə
