“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb


Bakının Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində, “Qələbə” dairəsi kimi tanınan ərazidə pik saatlarda yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün yeni svetoforlar quraşdırılıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Əbdülvahab Salamzadə küçəsindən və metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, daha sonra Mətbuat prospektinə hərəkət edən avtomobillərin qarşısında nizamlanmayan piyada keçidinin olması pik saatlarda sıxlığa səbəb olurdu.
Mövcud vəziyyətlə əlaqədar ərazidə piyadaların və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil edilib. Bunun üçün müşahidə kameralarının görüntülərindən, yerində aparılan baxışın nəticələrindən və simulyasiya proqramından istifadə olunub.
Aparılan təhlillərdən sonra piyada keçidində hərəkətin svetoforla tənzimlənməsi qərara alınıb. Əraziyə piyada və nəqliyyat bölmələri olan “L” və “A” tipli üç svetofor quraşdırılaraq istifadəyə verilib.
Görülən tədbirlər nəticəsində “Qələbə” dairəsindən Mətbuat prospekti istiqamətində pik saatlarda müşahidə edilən nəqliyyat sıxlığının aradan qaldırıldığı, eyni zamanda piyadalar və avtomobillər üçün hərəkət təhlükəsizliyinin artırıldığı bildirilib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
16:18
15:20
10:40
03:00
01:45
22:50
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb