Qəbələdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş


01-06-2024 18:01
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin dəstəyi Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə iyunun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qəbələ Reabilitasiya Mərkəzində uşaqlar üçün bayram tədbiri təşkil edib.
Tədbirin keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının artırılmasına, onların cəmiyyətin fəal və dəyərli üzvləri kimi dəstəklənməsinə, sağlam və inklüziv mühitdə sosiallaşmalarına töhfə vermək olub.
Tədbirdə uşaqlar, valideynlər və mərkəzin əməkdaşları iştirak ediblər. Bayram əhval-ruhiyyəsi ilə keçirilən görüşdə uşaqların sevincinə şərik olunub, onların iştirakı ilə müxtəlif əyləncəli və maraqlı fəaliyyətlər təşkil edilib. Rəngarəng geyimlər və şən ab-hava tədbirə xüsusi ovqat qatıb.
Çıxışlarda qeyd olunub ki, hər bir uşağın sevgi, diqqət, bərabər imkanlar və qayğı ilə əhatə olunması cəmiyyətin əsas vəzifələrindəndir. Xüsusilə reabilitasiya xidmətlərindən yararlanan uşaqların sosial həyata inteqrasiyası, bacarıqlarının inkişafı və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılmalıdır.
Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftali çıxışında qeyd edib ki, uşaqların hüquqlarının və rifahının təşviqi, onların sosial müdafiəsinin gücləndirilməsi, inklüzivlik və bərabər imkanlar prinsiplərinin təbliği istiqamətində rəhbərlik etdiyi təşkilat öz fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.