Qazaxıstanlılar “Qarabağ”ın düşərgəsində
Futbolpress.azŞahin Cəfərov


Qazaxıstanın “Akas” klubu “Qarabağ”ın qonağı olub.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Akas”ın nümayəndələri əsas kollektivdə məşq prosesinin təşkili, klubdaxili fəaliyyətləri, oyunçuların hazırlanması, infrastruktur və digər məsələləri izləyib.
Komandanın məşqçilər heyəti “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb.
“Akas”ın U-19 kollektivi bir neçə gün əvvəl “Qarabağ” U-19 ilə yoldaşlıq oyunu keçirmiş və 3:0 hesabıyla qələbə qazanmışdı.
