İnana bilmirəm: Coşua qız atası oldu


Keçmiş dünya çempionu Entoni Coşua (30-4, 27 KO) qız övladının dünyaya gəldiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Coşua bu barədə İngiltərə mətbuatına danışıb.
– İndi siz qız atasısınız, yoxsa şayiədir?
– İnana bilmirəm. Yüz faiz haqlısan. Qız atası olduğuma inana bilmirəm. Yoldaşım hamilə olduğu müddətdə bunu bilmək istəmirdim. Oğlanları sevirəm. Dedim ki, artıq FIFA, motosiklet, “PlayStation” olmamlıdır.
– Bağışlayın, amma qızlar da bütün bunları edə bilərlər. Qızlar boksla məşğul ola bilərlər.
– Ailəmdəki bütün qadınlarla danışmışam. Amma qadınların bir-birinə nə qədər dəstək verməsi həqiqətən maraqlıdır. Bütün qadınların bir araya gəlib qızı necə dəstəklədiyini görmək heyrətamizdir. Hələ ona ad verməmişik. Ona görə də bütün xalalarımın, anamın, bacılarımın dəstəyini görmək heyrətamizdir. Bu, sadəcə çox xoşdur. Düzünü desəm, hamısı çox müsbətdir. Və mən buna öyrəşməliyəm”.
Publika.az
