Qazaxıstanda məhkəmə "Samruk-Kazına" və KTJ rəhbərləri barədə həbs qərarı çıxarıb


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan məhkəməsi "Samruk-Kazına" SC-nin idarə heyətinin sədri Nurlan Jakupovun və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin idarə heyətinin sədri Eljas Otınşiyevin həbsinə sanksiya verib.
"Report" xəbər verir ki, bu barədə yerli media Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.
Məhkəməyə qədərki istintaqın davam etdiyini idarədə qeyd ediblər.
"12 noyabrda adıçəkilən şəxslər korrupsiya cinayəti törətməkdə şübhəli bilinərək müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər. 14 noyabrda istintaq məhkəməsinin sanksiyası ilə onlara həbs şəklində qətimkan tədbiri seçilib", - məlumatda deyilir.
Qeyd edək ki, Qazaxıstan MTK-nın Antikorrupsiya xidməti noyabrın 12-də "Samruk-Qazına" və "Qazaqstan temir joly" dövlət holdinqlərinin idarə heyətlərinin sədrləri, həmçinin "korrupsiya cinayəti törətməkdə şübhəli bilinən" digər şəxsləri saxlayıb.
Həmin gün sosial şəbəkələrdə paytaxtdakı yaşayış komplekslərinin birinin pəncərələrindən düşən pulla dolu çamadanlar fəal müzakirə olunurdu.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu məsələ ilə bağlı ölkənin Təhlükəsizlik Şurasının operativ iclasını keçirərək, səs-küylü həbsi "genişmiqyaslı korrupsiya haqqında siqnal" adlandırıb.
1 mənbə
