Qazaxda ağır qəza: üç nəfər ölüb


KRİMİNAL
18.11.2026, 20:40
Qzaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.
TƏBİB-dən bildirilib ki, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.
Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digərinin isə bacısı oğlu 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu olduğu bilirilir.
***
Qazax rayonunda avtoqəza zamanı üç nəfər ölüb.
Məlumata görə, qəza rayonun Aslanbəylı kəndinin ərazisində Yuxarı Salahlı-Kəmərli yolunda qeydə alınıb.
İki minik maşının toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. İki nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb./Report
Dərc vaxtına görə
Teleqraf.az+8 mənbə