Qazaxda ağır qəza: özü, oğlu və bacısı oğlu öldü


20:14
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qazax rayonunun Aslanbəyli Kəndində baş verən yol qəzasında ölən şəxslərin kimiliyi bilinib.
Teleqraf-ın məlumatına görə, hadisə zamanı Sənan Dərgahquliyev (1994), onun övladı G.Dərgahquliyeva və bacısı oğlu M.Mehdili (2018) vəfat edib.
Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qazaxda ağır yol-nəqliyyat hadisəsi xəsarət alanlardan biri xəstəxanada ölüb.
Məlumata görə, toqquşan avtomobillərdən birinin sürücüsü İ.Müsədirovun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü T.Dərgahquliyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.
Dərc vaxtına görə
