Qax rayonunda aztəminatlı ailələrin uşaqları üçün Yeni il şənliyi


01-01-2024 18:51
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 1 yanvar 2024-cü il tarixində Qax şəhər bələdiyəsinin dəstəyi ilə aztəminatlı ailələrin uşaqları üçün yeni il şənliyi təşkil edib.
Tədbirin əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqlara bayram sevinci yaşatmaq, onlara diqqət və qayğı göstərmək, uşaqlar arasında həmrəylik və paylaşma dəyərlərini təşviq etmək olub.
Şənlikdə uşaqlar və dəvət olunmuş qonaqlar iştirak ediblər. Bayram proqramı uşaqların marağına uyğun təşkil olunub. Şaxta baba və nağıl qəhrəmanlarının iştirakı, rəngarəng çıxışlar və bayram əhval-ruhiyyəsi tədbirə xüsusi sevinc qatıb. Uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
Tədbir zamanı uşaqların sevinc və təbəssümü bayramın ən yaddaqalan anlarına çevrilib. İştirakçılar belə təşəbbüslərin uşaqların mənəvi inkişafına, sosiallaşmasına və özlərini cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş hiss etmələrinə müsbət təsir göstərdiyini vurğulayıblar.
Tədbirdə çıxış edən Optimist Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftali bildirib ki, rəhbərlik etdiyi təşkilat aztəminatlı ailələrdən olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlərin keçirilməsini vacib hesab edir. Birlik gələcəkdə də uşaqların rifahına və sosial dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirməyi nəzərdə tutur.
Dərc vaxtına görə