Qatil sosial şəbəkədə qətl törədəciyini anons edibmiş.


Ötən gün Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib.
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal bilinib. Qatil sosial şəbəkədə qətl törədəciyini anons edibmiş. 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.
Şübhəlinin sosial mediadakı paylaşımlarında "Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin", "Can almasam, can vermərəm", "Düz sözdür, namusu belə təmizləmək lazımdır" və "Son gün az qalıb, intiqamımı alacam" kimi ifadələr yer alıb.
Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.
Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl ailəsindən boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar. Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib, Fatimənin onunla barışmaq istəməməyinə cavab olaraq üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib.
Fatiməni bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ulusum.az həmin fotoları təqdim edir.
Diqqət Çəkənlər
