Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - VİDEO


21:04 • 18 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Respublika Perinatal Mərkəzinin binasının qapıları iki ildir ki, bağlıdır, pəncərələrini toz basıb.
Xezerxeber.az-ın məlumatına görə, minlərlə ailə məhz bu Mərkəzdə sağlam övladına qovuşub.
Mərkəz illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət güclü peşəkar komanda formalaşdırıb. Bu sahədə uzun illər aparıcı rol oynamış Respublika Perinatal Mərkəzinin iki ildən artıq bir müddətdə fəaliyyət göstərməməsi isə ciddi suallar doğurur.
Maraqlıdır ki, bu il təmir olunması gözlənilən tibb müəssisəsində hələ daş üstünə daş qoyulmayıb.
Binanın hər iki giriş qapısına yaxınlaşırıq. İçəridə heç bir iş görülmədiyini elə qapının aynasından kameramızın obyektivi ilə görüntüləyirik. Səssiz dəhlizlər, toz basmış oturacaqlar. Ətrafda çalışanlardan öyrənirik ki, xəstəxananın yalnız birinci mərtəbəsində şöbələrdən birinin fəaliyyəti bərpa olub. Yaxınlaşıb az da olsa məlumat almağa çalışırıq. Kamera qarşısında görünmək istəmədiyini deyən əməkdaşdan öyrənirik ki, Perinatal Mərkəzinin inzibati şöbəsi binanın birinci mərtəbəsində fəaliyyətini bərpa edib.
Respublika Perinatal Mərkəzinin taleyi barədə məlumat üçün Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğu ünvanladıq. Hər iki qurumdan bildirldi ki, mərkəzin taleyi heç onların özünə də məlum deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
Dərc vaxtına görə
Xezerxeber.azoxuduğunuz
Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - VİDEO
