Qanunsuz ov etdiyi üçün saxlanıldı


Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
