35 yaşlı qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA


Şəmkirdə özəl tibb müəssisəsində abort əməliyyatından sonra vəziyyəti ağırlaşan qadın xəstəxanada dünyasını dəyişib.
Bu barədə TƏBİB “Yeni Sabah”ın sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, noyabrın 20-də saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın pasiyent abort əməliyyatından sonra ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi təyin edilməyib. Həkimlərin apardığı bütün reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Globalinfo.az+1 mənbə