"Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı


Türkiyə Super Liqasında “Qalatasaray” öz meydanında “Samsunspor”la qarşılaşıb.
Axar.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra qırmızı vərəqə alıb. O, bununla “Beşiktaş”la keçiriləcək derbidə komandasının yanında olmayacaq.
Qeyd edək ki, bu nəticədən sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.
