Qazaxda yeni güləş zalının yaradılması işləri davam edir


Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 20-də Qazax şəhər mərkəzi stadionunun ərazisində yaradılan güləş zalında görülən işlərlə tanış olub.
Bu barədə 90deqiqe.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi regionda güləşin inkişafını təşviq etmək, idmançıların məşq şəraitini yaxşılaşdırmaq və onların hazırlığı üçün daha əlverişli imkanlar yaratmaqdır.
Layihə çərçivəsində yeni zalda üç güləş xalçasının yerləşdirilməsi nəzərdə tutulur.
