“Qalatasaray”ın baş məşqçisi ilə hakim arasında dialoq məlum oldu


“Qalatasaray”ın baş məşqçisi Okan Burukun Türkiyə Superliqasının 12-ci turunda “Samsunspor”la matçdan (2:1) sonra qırmızı vərəqə alması ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Sportify.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Maruf Güneş açıqlama verib.
Onun sözlərinə görə, baş hakim Əli Şansalan final fitindən sonra Okan Buruka qırmızı vərəqə göstərdikdən sonra məşqçi ondan nə etdiyini soruşub. Hakim isə “Fikirlərinizi yazılı şəkildə təqdim edə bilərsiniz” cavabını verib.
Güneş bu yanaşmanı tənqid edərək Türkiyə Futbol Federasiyasının hakimlər korpusunun rəhbəri Entoni Teylorun hakimlərə məhz belə davranmağı öyrədib-öyrətmədiyini sual edib.
Qeyd edək ki, daha əvvəl Okan Burukun hakimlə əl sıxmaqdan imtina etdiyinə görə meydandan qovulduğu bildirilmişdi.
