"Qalatasaray" fransız müdafiəçisi ilə yollarını ayırır


"Qalatasaray" klubu futbolçusu El Şaday Bitşiabu ilə qış fasiləsində yollarını ayıra bilər.
Moderator.az "Bild" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi 21 yaşlı fransalı müdafiəçinin icarə müqaviləsini yanvar ayında vaxtından əvvəl başa çatdırmaq variantını nəzərdən keçirir.
Buna səbəb "Qalatasaray"ın heyətində əcnəbi futbolçular üçün nəzərdə tutulan limitdə yer açmaq istəyidir. Bildirilir ki, hələlik "Qalatasaray"la "Leypziq" arasında icarə müqaviləsinin vaxtından əvvəl ləğvi ilə bağlı birbaşa danışıqlar aparılmayıb.
Qeyd edək ki, Bitşiabu mövsümün əvvəlində "Leypziq"dən satınalma hüququ ilə icarəyə götürülüb. O, İstanbul klubunun heyətində indiyədək cəmi bir oyunda meydana çıxaraq 21 dəqiqə oynayıb.
RU
17:00, Bu gün "Qalatasaray" fransız müdafiəçisi ilə yollarını ayırır
16:55, Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTOLAR
16:47, Bu gün Su və Meliorasiya İnstitutunun strukturu təsdiqləndi – 435 ştat vahidi müəyyən edildi
16:40, Bu gün Şençjendə gözlənilməz təmas: Putin və Tramp nə danışdı?
16:33, Bu gün Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
16:20, Bu gün Arda Güler və Kenan Yıldız nüfuzlu mükafat uğrunda mübarizə aparacaqlar
16:15, Bu gün Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"
16:10, Bu gün Zaur Psixiatriya Xəstəxanasında palata yoldaşını necə öldürüb? - Təfərrüat
16:05, Bu gün Peşə hazırlığına cəlb olunanların illik sayının 2030-cu ilədək 25 minə çatdırılması hədəflənir
16:00, Bu gün “Danışmaqxana” söhbəti böyüdü - Firudin Cəlilovdan Səyyad Arana SƏRT etiraz
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
"Qalatasaray" fransız müdafiəçisi ilə yollarını ayırır
