“Qalatasaray”da qapıçı problemi - Uğurcan oynamayacaq


Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə zədələnən "Qalatasaray"ın qolkiperi Uğurcan Çakır qarşıdakı "Samsunspor" matçında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun bu vacib qarşılaşmada qapını gənc qolkiper Jankat Yılmaza həvalə edəcəyi gözlənilir.
Bu barədə "Sabah Spor" nəşri məlumat yayıb.
Məşqçilər heyəti təcrübəli qapıçının tam sağalaraq növbəti oyunlara hazır olmasını üstün tutur.
