“Qala Sığorta”nın kapitalı 2 milyon azalıb, öhdəlikləri 4 milyon artıb


2026-cı il sentyabrın 30-na “Qala Sığorta” ASC-nin balans kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% azalaraq 26,27 milyon manata düşüb.
Tiraj.az şirkətin hesabatlarına istinadən xəbər verir ki, kapitaldakı azalma bölüşdürülməmiş mənfəətin 18,27 milyon manatdan 16,25 milyon manata enməsi ilə bağlıdır. Hesabatda bunun səbəbi açıqlanmayıb.
Şirkətin aktivləri bir il ərzində 2,1% artaraq 96,98 milyon manata çatıb. Aktivlərlə balans kapitalı arasındakı fərq əsasında hesablanan öhdəliklər isə 6% artaraq 70,71 milyon manata yüksəlib. Kapitalın aktivlərdə payı 29,8%-dən 27,1%-ə enib.
Eyni dövrdə investisiya aktivləri 9,9% azalaraq 63,68 milyon manata düşüb. Şirkətin istiqraz portfeli 57,1% azalaraq 28,04 milyon manata enib, depozitləri isə 7,3 dəfə artaraq 35,27 milyon manata çatıb.
Qeyd edək ki, şirkət 1998-ci ildə “AIG Caspian Insurance Company” adı ilə yaradılıb. Sonradan “Çartis Azərbaycan” adı ilə fəaliyyət göstərən şirkət 2015-ci ildə “AzRe Təkrarsığorta” ASC onun bütün səhmlərini aldıqdan sonra “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 10 017 788 manatdır, yeganə səhmdarı isə “AzRe Təkrarsığorta” ASC-dir.
Ziya