Putindən Finlandiyanın rusiya idmançılara qadağasına sərt reaksiya: "Hardadır Beynəlxalq İdman Arbitraj Məhkəməsi?"


İDMAN
Bugün, 16:27
Finlandiya beynəlxalq yarışlar üçün ölkəyə gəlmək istəyən rusiyalı idmançılar icazə verməyib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin sərt reaksiyasına səbəb olub.
Rusiya prezidenti bildirib ki, Finlandiyanın ölkəyə giriş qadağası münasibətlərdəki etimadı sarsıdıb: "Finlandiya bizim xizək sürmə üzrə idmançılarımızın ölkəyə girişini qadağan edib. Halbuki, Finlandiya prezidenti ilə telefon danışığımızda dialoqun davam etdirilməsi barədə ümumi bir razılaşma vardı. Lakin idman sahəsində son addımlar tam əksini göstərir. İdmançılarımızın beynəlxalq yarışlarda iştirakının qarşısını almaq bunun aşkar sübutudur. Bu da etimadı sarsıdır. Hardadır Beynəlxalq İdman Arbitraj Məhkəməsi? Niyə onun qərarları icra olunmur?"
Putin idmanın da incəsənət kimi insanları bir araya gətirdiyini xatırladıb: "Təəssüf ki, Avropa ölkələrindəki siyasi gərginlik münasibətlərin normallaşmasına problem yaradır"
Xatırladaq ki, Xizək Sürmə üzrə Dünya Kubokunun ilk mərhələsi Rukada keçiriləcək. Finlandiya isə bu yarışa qatılacaq Rusiya idmançılarının icazə verməyəcəyini bildirib.
F.ƏHMƏD
mia.az
