Putin və Tramp Şençjendə bir araya gələcək


Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş baş tuta bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüş Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tutacaq.
“İştirakçıların sayının kifayət qədər az olacağı dəqiqdir. Böyük nümayəndə heyətləri olmayacaq”, - deyə Uşakov vurğulayıb.
O qeyd edib ki, liderlər sammit çərçivəsində bir neçə dəfə ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Tərəflərin Ukrayna münaqişəsinin nizamlanmasını, ABŞ-ın təkliflərini və Rusiyanın təşəbbüslərini müzakirə edəcəkləri gözlənilir.
Müəllif: Roza
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Putin və Tramp Şençjendə bir araya gələcək
