Putin, Tramp və Si Cinpin strateji sabitliyi qorumaq barədə razılığa gəliblər


Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ lideri Donald Tramp Çində keçirilən sammitdə strateji sabitliyi və beynəlxalq təhlükəsizliyi dəstəkləmək öhdəliyi götürüblər.
Xitab24.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, liderlər mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Rusiya, Çin və ABŞ liderlərinin tarixdə ilk üçtərəfli görüşü keçirilib. Görüşün yekununda Vladimir Putin, Si Cinpin və Donald Tramp birgə bəyannamə qəbul ediblər.
Sənəddə tərəflər BMT-nin islahatlarına sadiq olduqlarını ifadə edib, bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırdıqlarını açıqlayıblar. Bundan əlavə, liderlər Beynəlxalq Cinayət Məhkəməsini və digər oxşar qurumları öz səlahiyyətlərindən sui-istifadə etməməyə çağırıb, eləcə də nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmamasının qarşısının alınması üzrə dialoq aparmaq barədə razılığa gəliblər.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Putin, Tramp və Si Cinpin strateji sabitliyi qorumaq barədə razılığa gəliblər
