Putin-Tramp-Cinpin görüşünün bəzi detalları açıqlandı


DÜNYA18 noyabr 2026 · 13:32
5 Baxış
Çin sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp noyabrın 19-da Şençjen şəhərində təşkil olunacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutacaq üçtərəfli görüşdə qlobal sülhlə bağlı məsələləri nəzərdən keçirəcəklər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun açıqlama verib.
O, gözlənilən üçtərəfli sammitin gündəliyi barədə danışarkən "Üç dövlətin rəhbəri bütün dünyada sülhə aid mühüm məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparacaqlar", - deyə qeyd edib.
Diplomat əlavə edib ki, sözügedən görüşlə bağlı təfərrüat yaxında ictimaiyyətə açıqlanacaq.
Təsdiqlənmiş hesab
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Şərh yazın
Şərh yazmaq üçün hesabınıza daxil olun və e-poçtunuzu təsdiqləyin.
Dərc vaxtına görə