Taliban İŞİD-in Əfqanıstandakı artan imkanları ilə bağlı BMT-nin narahatlıqlarını rədd edib


Əfqanıstan İslam Əmirliyi (ƏİƏ) Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda İŞİD-in artan imkanları ilə bağlı narahatlıqlarını rədd edərək, narahatlıqların qeyri-dəqiq məlumatlara əsaslandığını bildirib.
ƏİƏ-nin sözçüsü Zəbihullah Mücahid bildirib ki, Əfqanıstanda xarici qrupların ölkədə fəaliyyətlərini genişləndirməsinin və ya Əfqanıstanın və digər ölkələrin təhlükəsizliyini təhdid etməsinin qarşısını ala biləcək güclü təhlükəsizlik qüvvələri var.
Onun bu sözləri BMT-nin Terrorla Mübarizə üzrə Baş Katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuevin Rusiyanın TASS xəbər agentliyinə İŞİD Xorasanının əməliyyat imkanlarını yenidən qurduğunu və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla müasir taktiki avadanlıqlara sahib olduğunu bildirməsindən sonra səslənib.
Zuev qrupun həm Əfqanıstan daxilində, həm də sərhədlərindən kənarda əməliyyatlar aparmağa çalışdığını bildirib və əlavə edib ki, bu inkişaf kollektiv diqqət tələb edən bir problem yaradır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:22