Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır - Ttamp


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılmasında maraqlı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Asiya turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Çində Putinlə keçirdiyi ikitərəfli görüş zamanı Rusiya lideri münaqişənin diplomatik yolla nizamlanmasına nail olmaq istəyini açıq şəkildə ifadə edib.
Tramp danışıqlar prosesini müsbət qiymətləndirərək, münaqişənin sülh yolu ilə həlli üçün real imkanların olduğunu vurğulayıb.
"Bizim nizamlanma ilə bağlı çox yaxşı danışıqlarımız gedir. Düşünürəm ki, uğur qazanmaq üçün real şanslarımız var", – ABŞ Prezidenti qeyd edib.
Dərc vaxtına görə
Redaktor.azoxuduğunuz
Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır - Ttamp
