"Hypers" də tarixə qovuşur?


Xəbər verdiyimiz kimi, Ayaz Abdullayev "feysbuk" sosial şəbəkə hesabında etdiyi paylaşımla futboldan getdiyini açıqlayıb. 2-ci liqa iştirakçısı "Hypers"in təsisçisi həmin status vasitəsilə FİF-in ünvanına ağır ittihamlar səsləndirib, addımını məhz bu fondun ədalətsiz fəaliyyəti ilə əlaqələndirib.Yaxşı, bəs belədə Bərdə təmsilçisinin taleyi necə olacaq? Klubun fəaliyyətini dayandıracağı gözlənilir, yoxsa prezident vəsifəsini başqa şəxs icra edəcək?Bu suallarla Ayaz bəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Mən "Hypers"dən bir müddət əvvəl ayrılmışam. Bildiyimə görə, klubu Elçin adında şəxs idarə edir. Soyadını bilmirəm. Paylaşımımda bildirdiyim kimi, artıq futbolla əlaqəmi tam kəsmişəm. Son sözlərimi yazmışam. Demək istədiyim başqa söz yoxdu".
Xatırladaq ki, "Hypers" 11 turdan sonra 15 xalla 7-ci sırada qərarlaşıb.
KƏNAN BAHADIR
