Putin: Rusiya, ABŞ və Çin beynəlxalq sülhün qorunmasına görə məsuliyyət daşıyır


BAKI, 19 noyabr. TELEQRAF
“Rusiya, ABŞ və Çin Xalq Respublikasını İkinci Dünya müharibəsində qalib gəlmiş ölkələr statusu ilə yanaşı, beynəlxalq sülhün qorunmasına görə məsuliyyət də birləşdirir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində amerikalı və çinli həmkarları ilə üçtərəfli görüşdə deyib.
O qeyd edib ki, dünya müharibəsindən sonra Rusiya, Çin və ABŞ BMT-nin yaradılmasının təşəbbüskarları sırasında olublar, buna görə də beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi vəzifəsi onların üzərinə düşür.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Putin: Rusiya, ABŞ və Çin beynəlxalq sülhün qorunmasına görə məsuliyyət daşıyır
