Putin: Krım körpüsünə hücumlardan sonra danışıqlar olmayacaq


Putin Ukrayna Silahlı Qüvvələrinin körpüyə endirdiyi zərbələrdən sonra danışıqlar aparmayacağımızı vəd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə endirdiyi zərbələrdən sonra danışıqlar aparılmayacaq və Rusiyanın cavab tədbirləri olacaq.
Onun sözlərinə görə, Krım körpüsü sırf mülki obyektdir və uzun müddətdir hərbi texnikanın daşınması üçün istifadə edilmir.
Putin əlavə edib ki, Çin-də keçirilən üçtərəfli danışıqlardan əvvəl Ukrayna ilə müəyyən sahələrdə atəşkəs imkanlarını Rusiya Təhlükəsizlik Şurası ilə müzakirə edib.
O, həmçinin körpünün dəmir yolu hissəsinin artıq bərpa olunduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az
