PUTİN ÇİNDƏN ELƏ MESAJLAR VERDİ Kİ... - "Avropa 90-cı illərin təhlükəsizlik nizamı ilə bağlı şərtləri gözləməsin, bu, daha məntiqli deyil"


GÜNDƏM
Bugün, 19:55
Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampla görüşündən sonra yeni açıqlamalar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, belə görüşlərin davamlı olmasını çox istədiyini deyib.
"Şübhəsiz ki, diplomatiya tarixinin bir səhifəsinə çevrilib", - deyən Putinin mətbuat konfransında bildirib ki, belə mühüm görüşlərdə vacib məsələlər üzrə fikirlər mübadiləsi çox mühümdür: "Düzdür, mübahisəli məsələlər üzrə tam razılıq olmasa belə, qarşılıqlı anlaşmalar əldə edilib. Nəzərə alaq ki, belə görüşlər əvvəllər olmayıb. İndi isə belə bir görüş baş tutub. Rusiya, Çin və ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri kimi, BMT-də islahatlar və onun potensialının artırılması məsələlərini də müzakirə etdik. Hamımız razıyıq ki, bu universal təşkilatın işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır".
Putinin sözlərinə görə, təxminən 90 dəqiqə çəkən qapalı görüşdə əssən dünyanın təhlükəsizlik məsələləri gündəmolub: "Biz kütləvi qırğın silahlarının və nüvə silahlarının yayılmasının qarşısının alınmasına və naviqasiya azadlığı ilə bağlı bəzi məsələlərin üzərində çox dayandıq. Biz beynəlxalq dəniz hüququnun bütün normalarına riayət olunmasını dəstəkləyirik".
Putin həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin öz yurisdiksiyasını aşaraq, siyasi qərarlar qəbul etdiyini və liderlərin bu məsələdə də razılığa gəldiyini bildirib: "Bu müzakirə tamamilə sərbəst və son dərəcə açıq bir mühitdə baş tutdu. Bu, bir-birimizi daha yaxşı başa düşməyimizə imkan verdi və gələcəkdə oxşar görüşlər üçün zəmin yaratdı. Bu görüşlərin eyni formatda və ya başqa formatda keçirilməsinin fərqi yoxdur. Ümumilikdə, bu görüş olduqca faydalı oldu".
Ukraynadakı münaqişəyə son qoymaq üçün kompromis axtarışı ilə bağlı Putin deyib ki, güzəştli variantlar var: "Əlbəttə ki, kompromis variantları var. Bu kompromislər Amerika tərəfi tərəfindən təklif edilib və biz onları heç bir dəyişiklik etmədən qəbul etdik. Buna görə də, kompromis variantları mövcuddur və bizim tərəfimizdən dəstəklənir. Bu günün sual budur: münaqişənin digər tərəfləri, Ukrayna və onun Avropa tərəfdarları bu kompromisləri qəbul etmək istəyirlərmi? Yəni, onlar döyüşlərə və müharibəyə son qoymaq üçün sülh yolu ilə razılığa gəlmək istəyirlərmi? Gördüyümüz qədəri ilə, hazırda istəmirlər. Amma görəcəyik ki, hər şey dəyişkəndir, hər şey dəyişir.
Deyə bilərəm ki, Rusiya Ukraynanın Rusiya kimi təhlükəsizlik hüququna malik olduğunu qəbul edir. Təbii ki, Rusiyanın da belə narahatlığı var. Və biz səkkiz ildir ki, bunun üçün müharibədəyik".
Rusiya lideri ABŞ Prezidenti Trampın Ukrayna böhranını həll etmək və Rusiya ilə ABŞ arasında münasibətləri yaxşılaşdırmaq üçün səmimi şəkildə çalışdığını da sözlərinə əlavə edib: "Bu tendensiyanın davam edəcəyinə əminəm".
Ukraynanın Krım körpüsünə hücumlarına toxunan Putin körpünün hərbi məqsədlər üçün istifadə edilməməsi barədə təlimat verdiyini bildirib: "Bu, tamamilə mülki elementdir. Təhlükəsizlik Şurasının üzvləri ilə Ukraynanın bəzi ərazilərində atəşkəs ehtimalını müzakirə etmişdik. Lakin Krım körpüsünə hücumlardan sonra biz fikrimizi dəyişəcəyik. Biz bu hücumlara cavab verəcəyik. Cavabımız Kiyev üçün etdiklərindən daha ağrılı olacaq".
Putin Ukrayna ərazisində hər hansı bir ölkənin qoşun yerləşdirməsini də qəbuledilməz hesab etdiklərini bəyan edib: "Bu, Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. Ona görə olmaz! Avropa İttifaqı ilə Ukrayna arasında hərbi əməkdaşlıq Rusiya üçün problemə yol açır ki, biz buna müsbət baxa bilmərik.
Bu yerdə təkrar edim ki, biz Avropa ilə münasibətlərin yenidən qurulmasını vacib hesab edirik. Amerikalılar da bizim Avropa ilə münasibətlərimizi daim yaxşılaşdırmağa çağırır. Amma biz onlarla münasibətlərimizi korlamamışıq. Onlar bunu edib. Düzəltmək üçün də boş siyasi iddia və fikirlərdən əl çəkməlidirlər. Rusiya Avropa ölkələri ilə müharibə etmək istəmir. Avropaya hücum haqqında nə deyirlər? Hamı başa düşür ki, biz Avropa ilə müharibə etmək istəmirik. Bu nə cəfəngiyatdır?
Belə görürəm ki, Avropanın bəzi ölkələrinin siyasi administrasiyalarında dəyişikliklər olmadan Rusiya ilə münasibətlərin tam normallaşması mümkün olmayacaq.
Qaldı Ukraynadakı münaqişənin həlli üçün danışıqlar prosesində Avropa ölkələrinin iştirakı ehtimalına, ABŞ bubna israr edir. ABŞ Ukraynanın təhlükəsizliyi məsələsini Avropanın ümumi təhlükəsizlik sistemi çərçivəsində həll etmək yanaşmasını qəbul edir. Rusiya da Avropa rəsmilərini diplomatik kanallar vasitəsilə Moskvaya dəvət edib. Çünki biz ilk növbədə Avropa ölkələrinin təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqelərini öyrənmək istəyirik. Avropada yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı konsensusa gələ bilərik. Biz heç nədən imtina etmirik. Biz kompromis axtaracağıq. Məncə, bu kompromislər mümkündür. Həm Rusiya, həm də Ukrayna təhlükəsizlik hüququna malikdir. Ancaq Avropanın təhlükəsizlik nizamı ilə bağlı 1990-cı illərin əvvəllərindəki şərtlərə qayıtmaq daha məntiqli deyil".
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
PUTİN ÇİNDƏN ELƏ MESAJLAR VERDİ Kİ... - "Avropa 90-cı illərin təhlükəsizlik nizamı ilə bağlı şərtləri gözləməsin, bu, daha məntiqli deyil" Bugün, 19:55 GÜNDƏM
MHP sədri: "Türkiyə yeni bir güc qütbüdür" - "Türkiyə və Ərdoğanı göz ardı etmək olmaz" Bugün, 19:33 SİYASƏT
AzTV böyük dəyişikliklərə hazırlaşır Bugün, 19:16 PRESS
"Unikal"ın əməkdaşına vəzifə verildi Bugün, 19:02 PRESS
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib Bugün, 18:32 PRESS
"Fənərbağça" "Kocaelispor" matçına hazırlaşır Bugün, 18:08 İDMAN
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bugün, 18:02 GÜNDƏM
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub - FOTO Bugün, 17:46 İQTİSADİYYAT
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-da kollektivə təqdim edib Bugün, 17:25 GÜNDƏM
“Azərişıq” sədri bu şəbəkəyə müdir təyin etdi Bugün, 17:16 CƏMİYYƏT
Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib - FOTOLAR (YENİLƏNİB) Bugün, 17:04 GÜNDƏM
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı Bugün, 17:00 İQTİSADİYYAT
Sabah Bakıda və rayonlarda külək güclənəcək - DAHA BİR XƏBƏRDARLIQ Bugün, 16:33 GÜNDƏM
XİN-də mühüm posta rəis təyinatı oldu Bugün, 16:26 SİYASƏT
Türkiyədə daha 9 bələdiyyə sədri Ərdoğanın partiyasına keçdi Bugün, 16:13 DÜNYA
Bakıda kuryoz hadisə: İşçini pişik dişlədi, baş direktor 2 min cərimləndi Bugün, 16:12 CƏMİYYƏT
Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırılıb -VİDEO Bugün, 16:01 CƏMİYYƏT
Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq Bugün, 15:54 GÜNDƏM
İylənmiş ət satışının qarşısı alınıb Bugün, 15:47 İQTİSADİYYAT
PUTİN, TRAMP və Sİ CİNPİN ARASINDA 1.5 SAAT SÜRƏN QAPALI GÖRÜŞ: ilk açıqlamalar... - VİDEOLAR (Yenilənib) Bugün, 15:42 GÜNDƏM
İndi atalar uşaqlarının yanında pərt olmurlar... - Seymur Verdizadə yazır Bugün, 15:17 YAZARLAR
Deputatın "Ay rəhmətliyin oğlu, o dirək aşsa, maşındakıar həlak olsalar, canını hara qoyacaqsan?" dediyi hadisə Astarada baş verdi - Heyvanlar öldü + FOTOLAR Bugün, 15:12 CƏMİYYƏT
QHT işi: Bəşir Süleymanlıya hökm oxunub Bugün, 15:12 SİYASƏT
FIFA prezidentliyinə 4 iddiaçı var Bugün, 15:01 İDMAN
Arda və Kənan mükafata namizəd göstərilib - Siyahıda daha kimlərin adı var? Bugün, 14:45 İDMAN
DİM SƏDRİ POSTU UĞRUNDA RƏQABƏT BAŞLADI: ortada iki variant var - Və ya Mikayıl Cabbarovun yaxın qohumunun adının hallanmasının görünməyən tərəfi... Bugün, 14:27 GÜNDƏM
ZELENSKİDƏN ÜÇLÜ GÖRÜŞLƏ BAĞLI SƏRT XƏBƏRDARLIQ: "İstəsələr, bu dəqiqə Putini dayandıra bilərlər" - "Heç kimsə Ukraynasız qərar verə bilməz" Bugün, 14:19 GÜNDƏM
PREZİDENT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ: "Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr verəcək" Bugün, 13:28 GÜNDƏM
Tanınmış hüquqşünas hakim qarşısında - Namizəd Səfərova 8 il müddətinə həbs cəzası istənildi Bugün, 13:15 KRİMİNAL
Sabah yağış yağacaq Bugün, 13:02 CƏMİYYƏT
Xətaidə ictimai nəqliyyat böhranı... Bugün, 12:54 CƏMİYYƏT
"Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər" - Baş redaktor Basketbol Federasiyasındakı "gizli oyunlar"dan yazır Bugün, 12:47 İDMAN
Azərbaycana gətirilən dondurulmuş şokoladlı meyvə məhsulu zay çıxıb Bugün, 12:33 İQTİSADİYYAT
Məleykə Abbaszadə təyinatından xəbərsiz olub? - İki saat əvvəl sosial media hesabından yeni görüşü barədə paylaşım edib Bugün, 12:20 GÜNDƏM