PSJ Kvaratsxeliya ilə bağlı qərarını verdi


BAKI, 20 noyabr. TELEQRAF
Fransanın PSJ klubu Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanın müqaviləsini uzatmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Şira məlumat yayıb.
Paris təmsilçisi 25 yaşlı cinah oyunçusu ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyə yaxındır. Hazırkı sözləşməsi 2029-cu ilin iyununa qədər qüvvədə olan Kvaratsxeliyanın müqaviləsinin 2031-ci ilin yayına qədər uzadılması nəzərdə tutulur. Yeni anlaşmada müddətin daha bir il – 2032-ci ilin yayına qədər artırılması bəndinin də yer alacağı bildirilir.
Bundan əlavə, futbolçunun məvacibinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Qeyd edək ki, Kvaratsxeliya təxminən bir ay əvvəl dizinin çarpaz bağlarından zədə alıb. Bu səbəbdən onun cari mövsümün böyük hissəsini, hətta hamısını buraxmaq ehtimalı var.
